“Milan”ın yarımmüdafiəçisi Türkiyə klubunda
04.09.2013 - 21:49
“Milan”ın yarımmüdafiəçisi Türkiyə klubunda
Türkiyənin “Ərciyəsspor” klubu “Milan”ın futbolçusu Bakaye Traoreni heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub prezidenti Ziya Ərən ölkə mətbuatına açıqlamasında deyib.

Ərən anlaşmanın detalları ilə bağlı məlumat verməsə də, 28 yaşlı yarımmüdafiəçinin bu gecə Türkiyəyə gələcəyini bildirib.

Qeyd edək ki, Qeyd edək ki, "rossonyerlər"lə müqavilə müddəti 2015-ci ilə qədər olan malili futbolçu ötən mövsüm "Milan"ın heyətində 8 oyunda meydana çıxıb.