“Beşiktaş”dan növbəti transfer
04.09.2013 - 23:53
“Beşiktaş”dan növbəti transfer
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytı qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Fulhem”in futbolçusu Kərim Frayı heyətinə qatıb.

Belə ki, 19 yaşlı yarımmüdafiəçi və klubu ilə razılığa gələn İstanbul təmsilçisi futbolçu ilə 5 illik müqavilə imzalayacaq. “Beşiktaş” bu transfer üçün ingilis klubuna 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Fray həm də İsveçrə vətəndaşıdır.