“Xəzər Lənkəran” Qəbələni tərk edir
05.09.2013 - 00:18
Topaz Premyer Liqasında yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” toplantını yekunlaşdırır. Apasport.az saytının məlumatına görə, bu gün saat 10:30-da “Qəbələ”nin futbol akademiyasına məxsus meydançalardan birində son məşqinə çıxacaq “ağ-yaşıllar” 13:00-da isə şəhəri tərk edərək Bakıya yola düşəcək
Paytaxta çatdıqdan sonra komanda 3 günlük sərbəst buraxılacaq. Cənub təmsilçisi istirahətdən sonra sentyabrın 9-da Bakıda bir araya gələrək Lənkərana yollanacaq.
Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 14-də Lənkəran şəhər stadionunda “Bakı” klubunu qəbul edəcək.
Mənbə: 12cioyuncu.info

0
0