Portuqaliya millisi Şimai İrlandiya ilə oyuna Ronaldosuz çıxa bilər
05.09.2013 - 03:48
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq Portuqaliya millisi zədəli futbolçular səbəbindən əziyyət çəkir. Apasport.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Paulu Bentu FİFA-nın rəsmi saytına açıqlamasında deyib.
Belə ki, qapıçı Beto və yarımmüdafiəçi Ruben Mikaeldən sonra komandanın kapitanı Kriştianu Ronaldo da zədələnib.
Bentu Ronaldonun oyuna kimi hazır olmaq üçün çox çalışdığını bildirib: “Ronaldonun bud nahiyəsində kiçik zədəsi var. Lakin onun Şimali İrlandiya ilə keçirəcəyimiz oyuna kimi hazır olmaq üçün əlindən gələni edəcəyinə əminəm. O həmişə milli komandaya kömək etmək üçün var gücü ilə çalışır. Bu oyunda da onu meydanda görmək istəyirik”.
Qeyd edək ki, Portuqaliya və Şimali İrlandiya milliləri arasındakı qarşılaşma sentyabrın 6-da keçiriləcək.

0
0