Olaf Yansen: Yeni komandamın potensialına əminəm
05.09.2013 - 08:36
“Dinamo”da işə başlayacağım anı səbirsizliklə gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının məşqçisi Olaf Yansen deyib.
Almaniyanın “Dinamo” klubuna yeni baş məşqçi təyin olunan mütəxəssis bu posta gətirilməyinə münasibət bildirib: “Söhbət 2-ci dəstə komandasından gedir. Bu klubu Bundesliqaya qaytarmaq üçün addım-addım irəliləmək lazımdır. Mən “Dinamo”nun potensialına tam əminəm. Drezden təmsilçisinin yeni baş məşqçisi kimi klubun idman uğurlarına öz töhfəmi vermək istəyirəm”.
Qeyd edək ki, Yansen 2008-ci ildən millimizdə Berti Foqtsun köməkçisidir.

0
0