“İsraildən 3 xal almağımız mümkündü” - MÜSAHİBƏ
05.09.2013 - 10:23
2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat-Qan şəhərində İsrail yığması ilə qarşılaşacaq milli komandamızın müdafiəçisi Ufuk Budakın apasport.az saytına müsahibəsi
- İsrail yığması ilə oyun barədə düşüncələriniz necədir?
- Çətin qarşılaşma olacaq. Bununla belə, hamı əlindən gələni edərsə, 1 xal almağımız mümkündü.
- İlk qarşılaşmada meydana çıxmamışdınız…
- Bəli, Bakıdakı matçı tribunadan izləmişdim. Onda çox yaxşı oynamışdıq. Rəqibi məğlub edə bilərdik. 1 yox, 3 xal da ala bilərdik.
- Bakıdakı oyunu sərgiləsək, İsraildən xalla qayıtmağımız real görünür?
- Əlbəttə, real görünür. Ancaq Bakıdakı oyunun üstünə bir az da əlavələr qatmalıyıq. Çünki İsrailə də xal lazımdır. Onlar da bu matçdan qələbə ilə ayrılmaq üçün əllərindən gələni edəcəklər. Amma hamı əlindən gələni edərsə, bizim üçün yaxşı olacaq.
- Müdafiəçi kimi İsrailin hücumçularını özün üçün təhlil etmək imkanın olubmu?
- İsrail komanda şəklində çox güclü oynayır. Portuqaliyaya qarşı yaxşı çıxış etmişdilər. Hamı görür ki, bu, güclü bir rəqibdi.
- Formasını geyindiyiniz “Əskişəhərspor”un sizi başqa bir kluba icarəyə verəcəyi deyilirdi. Bu məsələ nə yerdə qaldı?
- Bunu mən də bilmirəm ki, necə olacaq. Təki, xeyirlisi olsun.
- Bunu Türkiyə mətbuatı yaymışdı. Qeyd etmişdilər ki, “Əskişəhərspor”dan 3 futbolçu icarəyə veriləcək…
- Bu barədə yenilik yoxdur. Çünki sabah (bu gün) artıq Türkiyədə “transfer pəncərəsi” bitir.
- Onda demək olar ki, qışa kimi “Əskişəhərspor”da qalacaqsınız…
- Bu barədə heç bir şey bilmirəm. Bunu menecerim həll edir.
Səbuhi TOFİQOĞLU

0
0