“Bakı”dan növbəti darmadağın
05.09.2013 - 12:16
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan “Bakı” yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi I divizionda çıxış edən “Lokomotiv”i sınağa çəkib.
Çempionatda ardıcıl 3 böyükhesablı qələbə qazanan Milinko Pantiçin yetirmələri aşağı dəstə təmsilçisinə də rəhm etməyib. Premyer Liqa klubu rəqibini 5 cavabsız qolla darmadağın etməyi bacarıb. “Bakı”nın heyətində Aleksandr Şoliç 2, Elvin Məmmədov, Lukas Horvat və Noqeyra isə hərəyə bir dəfə fərqləndilər.
Qeyd edək ki, “Bakı” VI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.

0
0