“Azərbaycandakı şərtlər İsraildəkindən çox-çox yaxşıdır”
05.09.2013 - 13:32
“Son il yarım ərzində İsraildə yaxşı çıxış etməyim Azərbaycan Premyer Liqası klublarından birinə keçməyim üçün əla rəy oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun serbiyalı futbolçusu Draqan Çeran deyib.
26 yaşlı hücumçu Serbiya mətbuatına açıqlamasında ölkəmizdəki işlərindən danışıb.
Topaz Premyer Liqasının V turunda qol sevinci yaşayan legioner “Simurq”da gördüyü şərtləri İsraillə müqayisə edib.
Çünki serbiyalı Azərbaycana məhz Hayfa “Hapoel”i və Netanya “Makkabi”sində oynadıqdan sonra gəlib: “Buradakı şərtlər İsraildəkindən çox-çox yaxşıdır. Əminliklə deyə bilərəm ki, yeni mühitdən məmnunam. Komandamın yeni mövsümə hazırlıqlarında tam şəkildə iştirak etməmişdim. Bu üzdən də orda oynadığım ilk 3 qarşılaşmada meydana sonradan daxil oldum. Lakin artıq növbəti oyunda start heyətində idim. Son turda isə Bakı “İnter”ini 2:1 hesabı ilə məğlub etdik. Bu oyunda Azərbaycandakı ilk qolumu vurdum. Elə bu da məni çox xoşbəxt edir”.
Qeyd edək ki, Çeran vaxtilə Serbiyanın U-21 yığmasında çıxış edib.

0
0