“Sumqayıt” məşqlərə başladı, Pərdis sıraya döndü
05.09.2013 - 14:15
“Sumqayıt” məşqlərə başladı, Pərdis sıraya döndü
Topaz Premyer Liqasının növbəti – VI turu çərçivəsində "Simurq"un qonağı olacaq "Sumqayıt" məşqlərə start verib. Apasport.az saytının məlumatına görə, komanda bu gün səhər məşqində Aqil Məmmədovun rəhbərliyi altında daha çox fiziki hazırlığın artırılması üzərində çalışıb. "Sumqayıt" tam heyətlə məşq edə bilmir. Belə ki, əsas millidə olan Anar Nəzirovla Ruslan Qurbanov, U-21-in düşərgəsində yer alan Nurlan Novruzov, Kərim Diniyev, Elşən Abdullayev, Slavik Alxasov və U-19-la Rusiyaya təlim-məşq toplanışına yollanan Ruslan Nəsirli və Orxan Əliyev komandanın hazırlığa gec qoşulacaq. Zədəsini yenicə sağaltmış Pərdis Fərcad-Azad artıq komanda ilə birlikdə məşqlərə başlayıb.