Azərbaycan futbolu: İkisi öldü, ikisi “dirildi”
05.09.2013 - 14:20
Azərbaycan çempionatında çıxış edən peşəkar futbol klublarının ümumi sayı məlum olub. Apasport.az saytının məlumatına görə, ötən mövsüm olduğu kimi, ölkəmizdə 25 klub mövcuddu.
Bu rəqəm I divizionda yeni mövsümün püşkatmasından sonra rəsmiləşib. Belə ki, Topaz Premyer Liqasının 10 komandasından başqa daha 15 təmsilçimizin aşağı dəstədə çıxış edəcək.
Bu isə ötən mövsümün göstəricisini dəyişməz saxlayıb. Lakin bir fərqlə; həmin vaxt 12 klub Premyer Liqa, 13-ü aşağı dəstədə çıxış edirdi. Güclülərdən ikisinin hesabına isə bu rəqəmlər dəyişib.
Klubların ümumi sayı dəyişməz qalsa da, adlara baxdıqda müəyyən dəyişikliklər nəzərə çarpır. Əslində, yeni mövsümdə təzə ad olmayacaq. Sadəcə, müəyyən müddəti əhatə edən fasilədən sonra 2 klub yenidən futbol səhnəsinə qayıdır. Bunlar “Araz-Naxçıvan” və “Karvan”dır. Onlar ötən mövsümün 2 komandasını əvəz etməklə sayı dəyişməz saxlayıb.
Futbol tariximizin yaddaşına köçən iki “ölü” isə “Qala” və “Tərəqqi”dir. Sonuncular Gəncənin digər təmsilçisi “Kəpəz”in aşağı dəstəyə düşməsinin güdazına gedib.
Daha bir klub “Turan” özünü “ölü” elan edib, yeni “Turan-T” adı ilə mübarizəyə qoşulacaq. Lakin burada hansısa klubu itirdiyimizi və ya hansınınsa yeni doğulduğunu iddia etmək düzgün olmaz. Çünki ad dəyişsə də klub elə eyni klubdur. Lap elə “Dinamo” ilə “Bakı”, “Kəpəz”lə “Gəncə”, “Xəzər Universiteti” ilə “İnter” kimi. Əslində isə belə addəyişmələri saydıqca azalmır.

0
0