“Qəbələ” məşqlərə başlayır
05.09.2013 - 15:20
Topaz Premyer Liqasının V turu çərçivəsində evdə "Xəzər Lənkəran"ı (2:0) məğlub etdikdən sonra 5 günlük istirahətə buraxılan "Qəbələ" sabah məşqlərə başlayacaq. Apasport.az saytının məlumatına görə, baş məşqçi Yuri Syominin rəhbərliyi altında bir araya gələcək komanda hazırlıqlarını Qəbələdə keçirəcək.
Milli komandaların heyətlərində olan Vladimir Levin, Ürfan Abbasov, Amit Quluzadə, Sadiq Quliyev və Elvin Camalov hazırlıq prosesinə sonradan qoşulacaq.
Xatırladaq ki, "Qəbələ" Topaz Premyer Liqasının növbəti - VI turunda səfərdə paytaxt təmsilçisi AZAL-la qarşılaşacaq. Matç sentyabrın 15-də baş tutacaq.

0
0