“Qarabağ” futbolçu tapmır
05.09.2013 - 15:48
“Qarabağ” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Topaz Premyer Liqasının VI turunun oyununa hazırlıqlara cəmi 10 futbolçu ilə başlayır.
AZAL-la V turun oyunundan sonra 3 günlük istirahətə buraxılan futbolçular bu gün məşqləri bərpa edəcək. Lakin oyunçuların əksəriyyəti milli komandaların düşərgəsində olduğundan ağdamlılar 10 nəfərlə hazırlıq keçməyə məcburdu.
Qeyd edək ki, “Qarabağ” bugünkü məşqini Suraxanı qəsəbə stadionunda keçirəcək.
Mənbə: qarabagh.com

0
0