İsayevlə Yunisoğlunun komandası aşağı dəstəyə göndərilir?
05.09.2013 - 16:36
İsayevlə Yunisoğlunun komandası aşağı dəstəyə göndərilir?
Həmyerlilərimiz Arif İsayev və Saşa Yunisoğlunun şərəfini qoruduğu “Dənizlispor”un başı dərddədir. Apasport.az saytı xəbər verir ki, Türkiyə çempionatının I divizionunda mübarizə aparan klub aşağı dəstəyə göndərilmək təhlükəsi ilə üzləşib.

Bu barədə Dənizli təmsilçisinin vitse-prezidenti Cahit Özdemir yerli mətbuata açıqlamasında məlumat verib: “Komandamızda forma geyinmiş əcnəbi futbolçulara olan borcumuzu - 2 milyon 450 min avronun 500 minini sentyabrın 15-də ödəməsək, ağır cəzayla üzləşə bilərik. “Dənizlispor”a transfer qadağası qoyulması, xal silinməsi, hətta klubun aşağı dəstəyə göndərilməsi mümkündür. Borcumuzu ilin sonunadək tam şəkildə ödəməliyik. Bu məbləği haradan tapacağımızı bilmirik. 3 milyard dollar civarında ixracatı olan sənaye şəhərində kluba bir qəpik yardım edən yoxdur”.