Robinyonun evi qarət olundu
05.09.2013 - 17:03
Robinyonun evi qarət olundu
“Milan”nın futboçusunun mənzili qarət olunub. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, xoşagəlməz halla Robinyo üzləşib.

Həyat yoldaşı və uşaqlarını qarşılamaq üçün hava limanına yollanan braziliyalı futbolçu geri döndüyündə evinin oğurlandığını görüb. Oğru və ya oğrular ümumi dəyəri 30 min avroya yaxın olan əşyaları özləri ilə aparıblar. Artıq İtaliya polisi qarətdə əli olanların axtarışına başlayıb.