“Bunu Azərbaycanla oyunda bacardıq”
05.09.2013 - 17:29
Belçika milli komandasının sabiq baş məşqçisi Jorj Leekens yığmadakı fəaliyyət dövrünü unuda bilmir. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis milli karyerası ilə bağlı geniş müsahibə verib.
Daha çox müsbət məqamlara toxunan çalışdırıcı Eden Azarı yığmaya cəlb etməsini, Vensan Kompanini kapitan təyin etməsini öz ayağına yazıb. Leekens Azərbaycan milli komandası ilə qarşılamanı da yada salıb: “Kompanini yığmanın kapitanı təyin edən mən oldum. 3 il əvvəl bu addım heç kimin ağlına gəlməzdi. Həmin illərdə yığmanın ev oyunlarında böyük sayda azarkeş görmək mümkün deyildi. Lakin Azərbaycanla matçımıza 35 min tamaşaçı toplamaqla bunu bacardıq. Çünki Leekens sadəcə məşqçi deyil, daha böyükdür”.
Qeyd edək ki, 35 min tamaşaçının izlədiyi matç 2011-ci il martın 29-da Brüsseldə baş tutub və qarşılaşma 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

0
0