Lüksemburq yığmasının kapitanı: Bakını görəcəyim anı səbirsizliklə gözləyirdim
05.09.2013 - 17:53
Lüksemburq yığmasının kapitanı: Bakını görəcəyim anı səbirsizliklə gözləyirdim
“Azərbaycan haqda yalnız 2 il əvvəl “Avroviziya” mahnı müsabiqəsi zamanı eşitdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Lüksemburq milli komandasının futbolçusu Rene Peters deyib.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan “cırtdan” ölkə təmsilçisinin kapitanı sabah Rusiya ilə keçiriləcək oyun ərəfəsində açıqlama verib. Özəyini həvəskarların təşkil etdiyi autsayderin oyunçusu ölkəmizi əvvəllər tanımadığını bildirib: “Həmin vaxtadək bu ölkə haqda eşitməmişdim. Bakını hər tərəfdən çəkib göstərirdilər. Mən də bu şəhəri görəcəyim anı səbirsizliklə gözləyirdim. Bakı ilə DÇ-2014-ün seçmə mərhələsinin oyunu zamanı tanış oldum”.

Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları arasında hər 2 oyun heç-heçə başa çatıb – 0:0 və 1:1.