Nani 5 illik müqavilə imzaladı
05.09.2013 - 19:23
“Mançester Yunayted” portuqaliyalı futbolçusu Luiş Nani ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.
Klubdan ayrılacağı gündəmdə olan və “Qalatasaray”, PSJ, “Yuventus” kimi klubların da transfer etmək istədiyi 26 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”la 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nani 2007-ci ildə Portuqaliyanın “Sportinq” klubundan “Mançester Yunayted”ə transfer olunub.

0
0