Quti: Bunu söyləməkdə əziyyət çəkirəm, amma…
05.09.2013 - 19:58
Quti: Bunu söyləməkdə əziyyət çəkirəm, amma…
Quti sabiq klubu “Real”ın futbolçusu Kriştianu Ronaldo ilə “Barselona”lı Lionel Messi haqqında danışb. Apasport.az saytının məlumatına görə, keçmiş yarımmüdafiəçi Messinin Ronaldodan daha üstün oyunçu olduğunu deyib.

Quti argentinalı hücumçunun dünyanın ən yaxşı futbolçusu olduğunu bildirib: “Bu barədə əvvəllər də danışmışdım. Messi dünyanın ən yaxşı futbolçusudur. Bunu söyləməkdə əziiyyət çəkirəm, amma reallıq belədir. Messinin Ronaldodan çox fərqli səviyyədə olduğunu demirəm. Amma argentinalı futbolçu komandasının çətin anlarında tək başına oyunun gedişini dəyişə bilir”.

Qeyd edək ki, 1995 – 2010-ci illər ərzində Madrid “Real”ının şərəfini qoruyan Qutinin son klubu “Beşiktaş” olub.