Milli İsraildə ilk məşqini keçirdi
05.09.2013 - 21:11
Bu gün Bakı vaxtı ilə saat 20:00-da milli komandanın İsraildə ilk məşqi oldu. Apasport.az saytının İsrailə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, komandamız oyunun keçiriləcəyi Ramat-Qan şəhərinin mərkəzi arenasına çıxdı.
Milli 23 futbolçu ilə məşq etdi. İlk 20 dəqiqəsi açıq olan məşqə yerli jurnalistlər tərəfindən maraq yox idi deməyimiz düzgün səslənməz. Çünki hazırda İsraildə Yeni İl qeyd olunur deyə, əksər jurnalistlər işləmir. Yalnız “Sport-Ekspress” qəzetinin İsrail bölgəsinin müxbiri məşqi izləyənlər arasında var idi. 20 dəqiqə ərzində futbolçularımız kiçik qruplara bölünərək “kvadrat” oynamaqla məşğul oldu.
Səbuhi TOFİQOĞLU
Ramat-Qan, İsrail

0
0