“Qalatasaray” növbəti transferini reallaşdırır
05.09.2013 - 23:11
“Qalatasaray” növbəti transferini reallaşdırır
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini reallaşdırmaq üzrə. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” “Antalyaspor”un futbolçusu Əmrah Başsanı heyətinə qatmaq istəyir.

İstanbul təmsilçisi bu keçidi reallaşdırmaq üçün 21 yaşlı yarımmüdafiəçinin klubuna “Sivasspor”dan bu yay transfer etdiyi Ərman Kılıçı və pul təklif edib. Tərəflər bu gün bir araya gələrək təklifləri dəyərləndirəcəklər.

Qeyd edək ki, Türkiyə U-21 millisinin də kapitanı olan Əmrah 2011-ci ildə “Pendikspor”dan “Antalyaspor”a transfer olunub.