Millinin məşqçiləri Rusiya və Lüksemburqa gedir
05.09.2013 - 23:07
Milli komandanın məşqçilərinin növbəti rəqiblərimizin oyunlarını canlı izləyəcək. Apasport.az saytının İsrailə ezam olunmuş əməkdaşının əldə etdiyi məlumata görə, Nazim Süleymanov və yığmada təcrübə keçən Aslan Kərimov Rusiya və Lüksemburqa gedəcək.
Süleymanov Rusiya – İsrail görüşünü izləmək üçün Moskvaya, Kərimov isə Lüksemburq – Şimali İrlandiya matçına canlı şahidlik etmək üçün Lüksemburq şəhərinə yollanacaq. Sentyabrın 10-da başlayacaq oyunlarda məqsəd evdə qəbul edəcəyimiz ruslarla irlandiyalıların son durumuna yaxından bələd olmaqdır.
Səbuhi TOFİQOĞLU
Ramat-Qan, İsrail

0
0