“Qalatasaray” yeni transferini Ufuk Budakın klubuna satdı
06.09.2013 - 01:44
“Qalatasaray” bu yay “Sivasspor”dan heyətinə qatdığı Ərman Kılıçı klubdan göndərib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” 29 yaşlı yarımmüdafiəçini Azərbaycan millisinin futbolçusu Ufuk Budakın şərəfini qoruduğu “Əskişəhərspor”a satıb.
“Es-Es” bu keçid üçün İstanbul klubuna 200 min avro ödəyəcək.
Qeyd edək ki, anlaşmanın detalları ilə bağlı hələlik məlumat verilməyib.
“Es-Es” bu keçid üçün İstanbul klubuna 200 min avro ödəyəcək.
Qeyd edək ki, anlaşmanın detalları ilə bağlı hələlik məlumat verilməyib.
0
0