“Beşiktaş” yeni transferini İstanbula gətirdi - FOTO
06.09.2013 - 02:48
“Beşiktaş” yeni transferini İstanbula gətirdi - FOTO
Türkiyənin “Beşiktaş” klubu “Korintyians”dan transfer etdiyi Ramonu (Ramon de Moraes Motta) İstanbula gətirib. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Ramonu 1 illik icarə əsasında heyətinə qatan “Beşiktaş” Braziliya klubuna 2,5 milyon avro ödəyəcək.