Təbrizlilər səfərdə 3 qolla sevindi
06.09.2013 - 04:52
Təbrizlilər səfərdə 3 qolla sevindi
Futbol üzrə İran çempionatında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu turda Qum şəhərinin “Yadiqare imam” adına stadionda yerli “Səba” klubu ilə Təbriz təmsilçisi “Traktorsazi” üz-üzə gəlib.

Birinci hissənin 12-ci dəqiqəsində “Traktorsazi”nin futbolçusu Fərşad Əhmədzadə hesabı açıb. Qarşılaşmanın 24-cü dəqiqəsində isə “Səba” Fərid Behzadi - Kərimi ilə cavab qoluna sevinib.

Oyunun ikinci yarısına fəal başlayan “Traktorsazi” daha 2 qol vurub. Səid Dəqiqi 82, Kərim Ənsarifərd isə 86-cı dəqiqələrdə fərqlənərək komandanı qələbəyə daşıyıb.

Beləliklə, “Traktorsazi” rəqib meydanında 3:1 hesablı qələbə qazanıb.

Bu qələbədən sonra Təbriz təmsilçisi 15 xalla turnir cədvəlində 3-cü yerə yüksəlib.

Mənbə: Lent.az