Bazel Bakıya rəqib oldu
06.09.2013 - 08:28
Bazel Bakıya rəqib oldu
Avro-2020-ni qəbul etmək üçün daha bir şəhər namizədliyini verib. Apasport.az saytının məlumatına görə, İsveçrə Futbol Assosiasiyası Bazel şəhərinin namizədliyini UEFA-ya təqdim edib.

Bunun üçün şəhərdəki “Sent Yakobs patk” stadionunda yenidənqurma işləri aparılmalıdır. Çünki arena indi cəmi 38 min tamaşaçı tutumuna malikdir. Qitə çempionatının final mərhələsi üçün isə minimum rəqəm 50 min olmalıdır.

Qeyd edək ki, UEFA Avro-2013-ün 13 müxtəlif şəhərdə keçirilməsinə qərar verib. Namizədliyini quruma təqdim edənlər arasında Bakı da var. AFFA yarışın ölkəmizdə keçirilməsi üçün paytaxtın namizədliyini verib.