Rəqiblərimizin oyununda 6 qol
06.09.2013 - 08:42
Rəqiblərimizin oyununda 6 qol
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VIII qrupda daha 1 matç baş tutub.

Millimizin rəqiblərindən olan Portuqaliya və Norveç arasında görüş məhsuldarlığı ilə seçilib. Belə ki, matçda 6 qol vurulub. Hesabı skandinaviyalılar açsa a, pireneylilər öz meydanında darmadağın 5:1 hesablı qələbə qazanıblar.

Portuqaliya – Norveç – 5:1
Betinyo, 30, Kavaleyro, 35, Oliveyra, 45+1, Karvalyo, 63-p., Rikardito, 78 - Bakenqa, 15-p.

1
Portuqaliya
1
1
0
0
5-1
3
2
Azərbaycan
1
0
1
0
0-0
1
3
Makedoniya
1
0
1
0
0-0
1
4
İsrail
0
0
0
0
0-0
0
5
Norveç
1
0
0
1
1-5
0

Qeyd edək ki, millimiz sentyabrın 8-də səfərdə İsraillə qarşılaşacaq.