Azərbaycan – İsrail – 1:11
06.09.2013 - 10:35
Sabah DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə görüşəcək Azərbaycan milli komandası tarixinə 5-ci dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, 2 ölkənin yığmaları indiyədək 4 dəfə üz-üzə gəlib.
Komandalar ilk dəfə Avro-1996-nın seçmə mərhələsində görüşüblər. Azərbaycan yığmasının beynəlxalq arenaya çıxdığı ilk tsikldə baş tutan hər 2 görüşdə israillilər 2 cavabsız qola qalib gəlib. Həmin vaxt ilk oyuna komandamız ev sahibliyi etsə də, qarşılaşma Türkiyədə keçirilmişdi. Çünki həmin seçmə mərhələdə futbolçularımız bütün oyunlarını Trabzonda keçirməyə məcbur olmuşdu.
2004-cü ildə isə Azərbaycan və İsrail yığmaları arasında ilk yoldaşlıq oyunu keçirildi. 9 il əvvəlki qarşılaşma futbol tariximizə millinin əcnəbi mütəxəssisin rəhbərliyi altında keçirdiyi ilk oyun kimi düşdü. Lakin braziliyalı Karlos Alberto Torresli yığmamızın İsrail səfəri fiasko ilə nəticələndi. Meydan sahiblərinin 6 cavabsız qolundan sonra cənubi amerikalı mütəxəssis bir neçə futbolçunun yığma karyerasının üstündən xətt də çəkmişdi.
İlk 3 görüşdə qol vurmadan məğlub olan yığmamız yalnız ötən il israillilərə qarşı olan sindromu qırdı. Cari seçmə mərhələnin ilk oyununda komandamız Bakıda 1:1 hesablı heç-heçə ilə xal qazandı. Ruslan Abışovun həmin qolu bu rəqiblə oyunlardakı yeganə topumuzdur. Belə ki, 1 heç-heçə və 3 məğlubiyyətimizin olduğu matçlarda top fərqi 1:11-dir.
16.11.1994. AÇ. Azərbaycan – İsrail – 0:2
11.10.1995. AÇ. İsrail – Azərbaycan – 2:0
18.02.2004. YO. İsrail – Azərbaycan – 6:0
07.09.2012. DÇ. Azərbaycan – İsrail – 1:1

0
0