UEFA Bakının namizədliyini Xorvatiyada təsdiqləməlidir
06.09.2013 - 13:39
Sentyabrın 19-20-də UEFA-nın İcraiyyə Komitəsinin növbədənkənar yığıncağı keçiriləcək. Apasport.az saytının məlumatına görə, Xorvatiyanın Dubrovnik şəhərində baş tutacaq iclasda əsas müzakirə mövzusu qarşıdakı Avropa çempionatları olacaq.
Belə ki, tədbirin gündəliyində də Fransada təşkil ediləcək Avro-2016 və Avro-2020 ilə bağlı məsələlər yer alıb. Əsas mövzu isə 7 ildən sonrakı çempionatın ev sahibliyinə namizədlər siyahısının təsdiqi olacaq. Belə ki, UEFA-nın qərarı ilə 13 müxtəlif şəhərdə baş tutacaq yarış üçün müraciətlərə baxılacaq.
Namizədliyi təsdiqlənən şəhərlərin sifariş kitablarının qəbulu və onların qiymətləndirilməsi gələn ilin yazında gerçəkləşəcək. 2014-cü ilin sentyabrında isə təşkilatçı şəhərlər müəyyənləşəcək.
Qeyd edək ki, AFFA Bakının namizədliyini də UEFA-ya təqdim edib. Bu isə o deməkdir ki. İcraiyyə Komitəsi paytaxtımızın da namizədliyinin qəbul edilməsini təsdiqləməlidir.

0
0