İsrail yığması sentyabrın 7-də uduzmur...
06.09.2013 - 13:56
İsrail yığması sentyabrın 7-də uduzmur...
Azərbaycan millisi İsrail yığmasının seriyasını qırmalıdır. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün seçmə mərhələsində komandamızla qarşılaşacaq rəqibimiz sentyabrın 7-də uduzmur.

Belə ki, israillilər artıq 4-cü dəfə bu tarixdə meydana çıxacaq. Sabahkı qarşılaşmayadək 3 dəfə qüvvəsini sentyabrın 7-də sınayan rəqibimiz 2005-ci ildə Farer adalarını məğlub edib və növbəti 2 halda bərabərliklə kifayətlənib. İsrail millisi 2010-cu ildə Gürcüstanla qolsuz heç-heçə edib. Ötən il isə Bakıda millimizin qonağı olan Eli Qutmanın yetirmələri 1:1 hesablı heç-heçəylə barışmışdılar.