Berti Foqts: 3 oyunda necə 10 xal yığmaq olar?
06.09.2013 - 14:12
“Mənim harada nə deməyim vacib deyil. Əsas odu ki, yığmamız İsrail, Rusiya və Şimali İrlandiyaya qarşı uğurlu oynasın”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
DÇ-2014-ün seçmə mərhələsinin İsraillə sabahkı səfər oyunu ərəfəsində mətbuat konfransı keçirən almaniyalı mütəxəssis bu postdan gedəcəyi ilə bağlı deyilənlərdən gileylənib.
Foqts AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən birinin ifadəsini də müzakirəyə çıxarıb: “İcraiyyə Komitəsinin üzvlərindən biri yığmanın 3 oyunda 10 xal yığacağı halda belə millidən ayrılmalı olduğumu qeyd edib. 3 oyunda necə 10 xal yığmaq olar axı? Əgər bu deyilənlər zarafatdırsa, bunu xarici KİV-ə də izah etmək lazımdır. Yoxsa ki, bunu hamı başa düşməz”.
Qeyd edək ki, 7 oyundan sonra hesabında 4 xal olan milimiz İsraillə səfərdə, Şimali İrlandiya və Rusiya ilə evdə qarşılaşacaq.

0
0