“Türklər bizi yox, ancaq özlərini bəyənirlər”
06.09.2013 - 15:55
“Kəpəz”in sabiq baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Bir illik məşqçi işlədikdən sonra işsizlər cərgəsinə qoşuldunuz. Vaxtınızı necə keçirirsiniz?
- İşsiz olsam da, futboldan kənarda deyiləm. Çempionat oyunlarına gedirəm, bacardığım qədər daha çox matç izləməyə çalışıram.
- Artıq Topaz Premyer Liqasında 5 tur geridə qalıb. Yeni mövsüm kənardan necə görünür?
- Çempionatın maraqlı olacağı indidən hiss olunur. Bəzi komandalar yaxşı start götürə bilməsələr də, yavaş-yavaş özlərinə gəlirlər. Lider AZAL-ın oyununu qeyd edərdim. “Qarabağ” həmişəki kimi formadadır. “Bakı” yaxşı başlamasa da, tezliklə tempə düşdü. “İnter”lə “Xəzər Lənkəran”ın özlərinə bənzəməməkləri təəccübləndirməyə bilməz.
- Yəqin ki, ötən mövsüm baş məşqçisi olduğunuz “Kəpəz” ətrafında baş verənlərdən də xəbəriniz var.
- Bəli, məlumatıyam. Bilirsiniz, futbol elə şeydir ki, bu gün baş məşqçi mənəmsə, sabah başqası olacaq. Hərə öz şansını gözləməlidir. Bu gün biri işləyirsə, durub onun əleyhinə danışmaq düz deyil. Həyatdır, ola bilər ki, sabah həmin adamı sən əvəzləyərsən. Əsas odur ki, AFFA Gəncəni futbolsuz qoymadı. Bilirsiniz ki, komandanın I divizionda belə, çıxış etməmək ehtimalı vardı. Düzdür, “Kəpəz”in yeri Premyer Liqadır. Yaxşı olardı ki, komanda elitada mübarizə aparsın. Ancaq nə etmək olar, hazırda şərtlər buna imkan vermir.
- Siz “Kəpəz”i öz istəyinizlə tərk etdiniz? Komandada qala bilməzdiniz?
- Məni “Kəpəz”ə əvvəlki sponsor dəvət etmişdi. Elə alındı ki, həm sponsor komandanı təhvil verdi, mən də getdim. “Kəpəz” mənim üçün həmişə doğma olub, olacaq da. İndiki kimi qoyublarsa, o da işləməlidir.
- Sizi Vidadi Rzayev əvəzləyib.
- Xəbərim var.
- Ölkəmizin ən titullu futbolçususunuz, barənizdə deyim də var: Mahmud haradadırsa, çempionluq oradadır. Amma təəssüf ki, baş məşqçi kimi debüt ilinizdə rəhbərlik etdiyiniz komanda I diviziona düşdü.
- İlk ilim idi. Maddi imkanı yaxşı olmayan bir komandanı götürdüm. Debütümü tam olaraq uğursuz adlandırmazdım. Bəhanə gətirmək fikrim yoxdur. Mən də istəyərdim ki, ilk ilim yaxşı olsun. Ancaq qismət belə gətirdi. Özümü sübut etmək üçün şansımın olacağına ümid edirəm. İnanıram ki, vaxt gələcək, mənim də rəhbərlik etdiyim komada iddialı olacaq.
- Baş məşqçiliyə erkən başladığınızı, bir müddət məşqçi işləməli olduğunuzu düşünənlər vardı. Necə düşünürsünüz, onlar haqlı çıxdılar?
- Bunu kim deyir bilmirəm, ancaq 22-23 ildir futboldayam, xeyli məşqçi ilə işləmişəm, təcrübə toplamışam. Düşünürəm ki, futbolçu olduğum vaxt öyrəndiklərim baş məşqçi işləməyim üçün yetərlidir. Təbii, insan daim öyrənməli, təkmilləşməlidir. Ancaq sözümün canı odur ki, bu baxımdan bazam var. “Kəpəz”i çalışdırdığım bir il ərzində də çox şey öyrəndim. Səhvləri analiz etdim, müəyyən nəticələr çıxartdım.
- Elə məqamlar oldu ki, futbolçu kimi fərqinə varmamısınız, ancaq indi öyrəndiniz?
- Doğurdan da, məşqçilik çox çətin peşədir. Futbolçu olanda ancaq özünü düşünürsən, ancaq indi komandada hər kəslə maraqlanmalısan, üzərinə böyük məsuliyyət düşür.
Klub imkansız olanda isə daha çox problem çıxır.
- “Bakı”da çıxış etdiyiniz vaxtlarda maraqlı bir hadisə baş vermişdi. Baş məşqçi Qyoko Hacıyevski oyunların birində sizi əsas vaxta əlavə olunmuş dəqiqədə meydana buraxmaq istəsə də, imtina etdiniz. Matçdan sonra keçirilən mətbuat konfransında makedoniyalı çalışdırıcı dedi ki, vaxt gələcək, Mahmud özü məşqçi işləyəndə bu səhvini anlayacaq. İndi necə düşünürsünüz, həmin gün baş məşqçinin göstərişini yerinə yetirməliydiniz?
- Belə deyək də, mən təcrübəli futbolçunu oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydana buraxmaram. Heç vaxt. Baş məşqçi futbolçunun kimliyini, statusunu nəzərə almalıdır. Təcrübəli, başqaları örnək olan futbolçunu 2-3 dəqiqəlik meydana buraxmaq düz hərəkət deyil.
- Hazırda bir çox yerli məşqçilər işsizdir. Bu mənzərə sizi qorxutmur? Heç düşünmüsünüz ki, ən yaxşısı indidən özünüzə başqa iş tapasınız?
- Yerli məşqçilərin işsiz qalması üzücüdür. Başqa sahədə özünü sınamaq olar. Ancaq futbol adamları elədir ki, uşaq yaşlarından bu işin içindədirlər. Futbolu atıb, başqa bir peşəyə getmək ağırdır. Hər kəs bildiyi, bacardığı işin qulpundan yapışmalıdır. Hazırda klublarımız daha çox əcnəbilərlə işləməyə meyl edirlər. Bizə düşən öz şansımızı gözləməkdir.
- Bizim məşqçilərdə əsas çatışmayan cəhət hansıdır?
- Bizdə futbolçu və ya məşqçi nəsə bir düz addım atmayanda, uğursuzluqla üzləşəndə bunu çox şişirdirlər. Hər kəsin müsbət və mənfi cəhətləri var. Konkret kimin nədə zəif olduğunu deyə bilmərəm.
- Fikrimizcə, yerli məşqçilərin əsas qüsurlarından biri gözlərini yerli bazara dikmələridir. Hansısa menecerlə işləməyə, xaricdə iş axtarmağa cəhd etmirlər.
- Hara gedək?
- Məsələn, Türkiyə çempionatının I divizionu və ya aşağı dəstələrində iş tapmaq olar.
- Türklər bizi yox, ancaq özlərini bəyənirlər. Futbolda Azərbaycandan üstün olduqları üçün bizə ehtiyac duymurlar.
- Hər nə qədər üstün olsalar da, aşağı dəstədə işləyən məşqçilərin futbol təcrübəsi, biliyi Mahmud Qurbanovdan azdır. Hər halda Türkiyənin 10-cu dərəcəli məşqçisi ilə sizi tərəzinin eyni gözünə qoymaq olmaz. Məşqçi kimi təcrübəniz az olsa da, çoxlarına örnək olacaq futbolçu karyeranız var.
- Nə deyim, düşünürəm ki, bizim məşqçilərdən ən azı biri xaricdə uğur qazansa, digərlərinə də qapı açmış olacaq. Futbol sərhəd tanımır, yetər ki, münasib təklif olsun.
- Məşqçilərimiz kimi, futbolçularımızın da durumu ürəkaçan deyil. Sizdən sonra yeni nəsil yetişmir. Daha doğrusu, yetişənlərdə əzmkarlıq, istək görünmür. İndi futbolçular kluba sadəcə iş yeri gözü ilə baxırlar. Siz az pulun müqabilində, çətin şərtlərdə komanda üçün can qoyurdunuz. Ancaq indi əksər futbolçular böyük pulların qarşılığını sönük oyunla verirlər.
- Razıyam sizinlə, həqiqətən indi futbolçular kluba yalnız iş yeri kimi yanaşırlar. Görünür, hər zamanın öz tələbi, qayda-qanunu var. İndi də yaxşı futbolçularımız az deyil. İşlərinə bir qədər diqqət yetirsələr, daha yaxşı olar.

0
0