İsrail – Azərbaycan oyununda stadion dolmayacaq
06.09.2013 - 16:50
Milli komandamızın sabah İsraillə keçirəcəyi oyuna gələcək tamaşaçı sayına aydınlıq gəlib. Apasport.az saytının Təl-Əvivə ezam olunmuş əməkdaşının əldə etdiyi məlumata görə, stadionu tamamilə doldurmaq mümkün olmayacaq.
Belə ki, son informasiyaya görə, 41583 tamaşaçı tutumu olan Ramat-Qan stadionunun təxminən 25 mini tutulacaq. Hətta İsrail Futbol Assosiasiyası yerləri doldurmaq üçün uşaqların tribunalara pulsuz buraxılmasına dair qərar qəbul edib.
Görüşə marağın az olmasına səbəb isə oyunun paytaxt Təl-Əvivdə keçirilməməsi, üstəlik, burda qeyd olunan bayramla əlaqədardır. Dindar yəhudilər bayramı öz evlərində keçirməyi xoşlayır.
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Səbuhi TOFİQOĞLU
Təl-Əviv, İsrail

0
0