“Qalatasaray” “Yerli İbrahimoviç”i transfer etdi - FOTO
07.09.2013 - 01:50
Türkiyənin “Qalatasaray” klubu növbəti transferini reallaşdırıb. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar” “Bursaspor”un futbolçusu Oğulcan Çağlayanı heyətinə qatıb.
“İnter”, “Ayaks” kimi klubların da hədəfində olan 17 yaşlı hücumçu İstanbul təmsilçisi ilə razılığa gəlib. “Yerli İbrahimoviç” ləqəbli futbolçu ilə müqavilə imzalayan “Qalatasaray”ın bu keçid üçün “Bursaspor”a 300 min türk lirəsi ödəyəcəyi deyilir.
Qeyd edək ki, müqavilənin müddəti ilə bağlı hələlik məlumat verilməyib.

0
0