Almaniya qalib gəldi, 35 yaşlı Kloze tarix yazdı
07.09.2013 - 02:29
Almaniya qalib gəldi, 35 yaşlı Kloze tarix yazdı
Ötən gün "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Almaniya millisi Avstriyanı 3:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, bu oyunda əsas diqqət çəkən məqam qalib komandanın futbolçusu Miroslav Klozenin tarix yazması olub.

Belə ki, qarşılaşmanın 33-cü dəqiqəsində hesabı açan 35 yaşlı forvard milli komandanın forması ilə 68-ci qoluna imza atıb. Bununla da Kloze alman futbolunun əfsanəvi hücumçusu Gerd Müllüerin rekordunu yeniləyib.

Qeyd edək ki, Kloze hazırda İtaliyanın “Latsio” klubunda çıxış edir.