Səmədov millinin oyununu dəyərləndirdi
07.09.2013 - 05:44
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində Rusiya millisi evdə Lüksemburqu 4:1 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, qalib komandanın dördüncü qoluna imza atan əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov matçdan sonra mətbuata açıqlama verib.
Səmədov böyük hesablı qələbəyə baxmayaraq oyunun heç də asan keçmədiyini deyib: “Müasir futbolda bütün komandaları məğlub etmək çətindir. Bu oyundakı qələbəmiz də çətin alındı. Çünki, Lüksemburq heç də asan rəqib deyil. Xüsusilə də rəqibin kapitanı bizə qarşı inamlı mübarizə apardı”.
“Lokomotiv”in yarımmüdafiəçisi Rusiya millisinin oyununu da dəyərləndirib: “Mən Vladimir Qranatın müdafiədəki çıxışını xüsusi qeyd etmək istəyirəm. Onun millidə debüt oyunu olmağına baxmayaraq, inamlı təsir bağışladı. Həmçinin Aleksey Kozlov da baxımlı oyun nümayiş etdirdi. Yekun olaraq onu deyə bilərəm ki, müdafiədə problemimiz yoxdur”.

0
0