Ansi Aqolli növbəti oyunu buraxacaq
07.09.2013 - 09:23
DÇ-2014-ün seçmə mərhələsinin Sloveniya – Albaniya matçında Topaz Premyer Liqasının 3 futbolçusu iştirak edib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin heyətində “Qəbələ”nin futbolçusu Deyan Kelhar, qonaqlarda isə “Qarabağ”ın üzvləri Admir Teli ilə Ansi Aqolli meydana çıxıb.
Start heyətdə meydana çıxan “üçlük”dən hamısı əvəzlənmədən qarşılaşmanın iştirakçısı olublar. Qələbəyə isə Kelharın komandası sevinib – 1:0.
Aqolli isə oyunun 69-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Seçmə mərhələdə 2-ci dəfə xəbərdarlıq alan futbolçu cəzalı duruma düşüb. Ansi sentyabrın 10-da İslandiya ilə səfər matçında meydana çıxmayacaq.

0
0