Yığmamız üçün lider olmaq imkanı
07.09.2013 - 10:26
Sabah 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsində İsraillə görüşəcək.
Netanya şəhərinin eyniadlı stadionunda baş tutacaq qarşılaşma Bernard Lippertin yetirmələrinin seçmə mərhələdə 2-ci oyunu olacaq. Bakıda Makedoniya ilə qolsuz heç-heçə edən millimiz bu dəfə səfərdə qüvvəsini sınayacaq.
İlk səfər matçında qalib gələcəyi halda yığmamız qrup lideri ola bilər. Belə ki, digər komandalar cəmi 1 oyun keçirdiyindən, İsrail isə ilk matça çıxacağından komandamız zirvəni ələ keçirə bilər. Lakin bunun üçün səfərdə qalib gəlmək lazımdır.
Avro-2015-in seçmə mərhələsi
VIII qrup
8 sentyabr
21:00. İSRAİL – AZƏRBAYCAN
Baş hakim: Gerhard Qrobelnik (Avstriya)
Netanya. Netanya stadionu

1 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 5-1 | 3 |
2 | Azərbaycan | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
3 | Makedoniya | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
4 | İsrail | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
5 | Norveç | 1 | 0 | 0 | 1 | 1-5 | 0 |
0
0