“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi oynadı, dünyanın ən bahalı futbolçusu baxdı
07.09.2013 - 10:43
“Xəzər Lənkəran”ın makedoniyalı futbolçusu Nikola Qliqorov DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yığmasının Uelslə qarşılaşmasının iştirakçısı olub.
Start heyətində meydana çıxan və 90 dəqiqə oynayan Nikola sarı vərəqə ilə cəzalanıb. Seçmə mərhələdə 3-cü xəbərdarlığını alan futbolçunun komandası 2:1 hesabı ilə qalib gəlib.
Bu qələbə ilə Makedoniya sonuncu pillədən qurtularaq 2 addım irəliləyib. Qliqorovun 90 dəqiqə oynadığı matçda dünyanın ən bahalı futbolçusu Qaret Beyl də olub. Lakin “Tottenhem”dən “Real”a 100 milyon avroya keçməklə dünya rekordu vuran uelsli meydana çıxmayıb. Yarımmüdafiəçi Qliqorov və digərlərini yalnız ehtiyat oyunçular skamyasından izləyib.

0
0