“Qəbələ”nin sabiq baş məşqçisi Rusiyada çalışmaq istəyir
07.09.2013 - 12:54
“Fabio Kapellonun Rusiya milli komandasına baş məşqçi təyin olunması mənim üçün anlaşılmaz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams deyib.
İngiltərə futbolunun əfsanələrindən olan mütəxəssis gələcək karyerasında Rusiya komandalarının olmasının tərəfdarıdır: “İngiltərə yığmasındakı uğursuzluqdan sonra italiyalı yeni komandasında da eyni aqibətə doğru gedir. Amma mən Rusiya yığmasına uğur arzulayıram. Mən Azərbaycanda “Qəbələ”ni çalışdırarkən Rusiya komandasının oyunlarını izləyirdim. Çünki bu ölkənin futbolunun pərəstişkarıyam. Gələcəkdə Rusiyada çalışmaq istəyərdim”.
Qeyd edək ki, Adams 2009-cu ilin yayından 2010-cu ilin payızına qədər “Qəbələ”nin baş məşqçisi olub.

0
0