Dudu Avat: Çox güclü komandaya qarşı oynayacağıq
07.09.2013 - 13:03
Dudu Avat: Çox güclü komandaya qarşı oynayacağıq
“Biz çox güclü komandaya qarşı oynayacağıq. Bu komanda çox yaxşı təşkil olunub”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsrail milli komandasının futbolçusu Dudu Avat deyib.

Komandasının kapitanı olan təcrübəli qapıçı DÇ-2014-ün seçmə mərhələsinin bu gün baş tutacaq İsrail – Azərbaycan oyunu öncəsi fikirlərini açıqlayıb. Avat komanda yoldaşlarına ehtiyatlı olmağı məsləhət görür: “Azərbaycan milli komandası əks-hücum qurmaq bacarığından məharətlə istifadə edə bilir. Bu üzdən də çox ehtiyatlı olmalıyıq. Dünya çempionatının final mərhələsinə yüksələcəyimizə ümid edirəm. Düzdür, heyətdə zədəlilərimiz var. Lakin Azərbaycan yığması ilə matçda qalib gəlməmək üçün səbəb yoxdur. Hansı baş məşqçi və hansı futbolçuların komandamızda yer almasından asılı olmayaraq qalib gəlməliyik”.