“Azərbaycan yığmasının oyununa yaxşı bələdik”
07.09.2013 - 13:32
“Azərbaycanla oyuna planlaşdırdığımızdan da yaxşı hazırlaşmışıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İsrail yığmasının baş məşqçisi Maykl Nitse deyib.
Mütəxəssis Avro-2015-in seçmə mərhələsinin Azərbaycanla oyunu haqda fikirlərini açıqlayıb. Baş məşqçi bildirib ki, sabahkı görüşdə qələbə qazanmaq iddiasındadırlar: “Seçmə mərhələdəki ilk qarşılaşmamızı səbirsizliklə gözləyirik. Bizim məqsədimiz hər oyunda ən yaxşı nəticəyə nail olmaqdır. Biz Azərbaycan yığmasının 2 görüşünü izləmişik. Rəqibin oyununa yaxşı bələdik.
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu Netanya şəhərində keçiriləcək.

0
0