“İnter” rəhbərliyi Kaxa Sxadadze ilə bağlı qərarını verdi
07.09.2013 - 13:40
Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadze ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, Toapz Premyer Liqasının startındakı uğursuzluqdan sonra gürcüstanlı mütəxəssisin istefaya göndəriləcəyi ehtimal olunsa da, bunun əksi baş verib.
Belə ki, “İnter” Sxadadze ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən gürcüstanlı mütəxəssis komandaya 2014/15-ci il mövsümündə də rəhbərlik edəcək. Bu isə o deməkdir ki, baş məşqçi təxminən daha 2 il – 2015-ci ilin yayına kimi postunda qalacaq.
Qeyd edək ki, Sxadadze 2009-cu ilin yayından “İnter”ın baş məşqçisidir.
Mənbə: inter.az

0
0