Eli Das: Azərbaycanla oyun öncəsi kapitan seçilməyim bir çağırışdır
07.09.2013 - 13:51
“Azərbaycanla oyuna kapitan kimi çıxacağım üçün çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İsrail yığmasının futbolçusu Eli Das deyib.
Sabah Azərbaycan yığması ilə keçiriləcək Avro-2015-in seçmə oyunu ərəfəsində komandasına kapitan seçilən futbolçu matç öncəsi mətbuat konfransında çıxış edib. Das daha çox kapitanlığı barədə danışıb: “Bu mənim üçün bir çağırışdır. Mən də bunu ikiəlli qəbul edəcəm. Düzdür. əvvəllər də kapitan olmuşam. Lakin yığmada sarğını daşımaq daha sevindiricidir. Bu, mənə verilən qiymətin nəticəsidir. Millidə müxtəlif baş məşqçilərlə çalışmışam. Lakin onları müqayisə etmək düzgün deyil. Bu məşqçilərin hərəsinin öz fərqli cəhəti olub”.

0
0