“Hakimi harasa, gözdən uzaq yerə apardılar”
07.09.2013 - 14:34
“SSRİ çempionatı vaxtı 2-ci liqada hakimlərlə “iş” aparılması bizim oynadığımız zonaya aid deyildi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Rubin” klubunun seleksiyaçısı Andrey Fyodorov deyib.
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun çıxış etdiyi Kazan təmsilçisinin rəsmisi karyerası ilə bağlı geniş müsahibə verib. Fyodorov SSRİ çempionatlarında futbolçu kimi oynadığı vaxt üzləşdiyi hakimlikdən də bəhs edib. Klub rəsmisinin xatırladığı qarşılaşma isə 2-ci dəstədə çıxış edən Azərbaycan təmsilçisi “Araz”ın (Naxçıvan) adı ilə bağlı olub: “Bu problem daha çox Zaqafqaziya respublikalarının idi. Mən özüm isə yalnız bir dəfə Azərbaycanda, Naxçıvanda oynayarkən belə hakimliklə üzləşmişəm. Yan xətt hakimləri oyuna gəlib çıxmamışdı. Belə vəziyyətdə meydan sahiblərinin inzibatçısı laysman funksiyasını yerinə yetirdi. Özü də idman kostyumunu da çıxarmadı. Baş hakimi isə harasa, gözdən uzaq yerə apardılar. Nəticədə idarəçilik gülməli oldu. Bizi fitlə sıxışdırdılar. Bu da kömək etməyincə isə matçın sonunda qapımıza penalti təyin olundu. O vaxt gənc olduğumdan baş məşqçi məni oyuna buraxmadı ki. psixikam zədələnməsin. Onda mən hələ Fərqanə “Neftçi”sində çıxış edirdim”.

0
0