Avro-2020: Bakının bir rəqibi imtina haqda düşünür
07.09.2013 - 14:51
Avro-2020-ni qəbul etmək niyyətində olan ölkələr sırasında yer alan Rusiya yarışla bağlı fikrini dəyişib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız 13 ölkədə keçiriləcək yarışa ev sahibliyi ilə bağlı namizədliyini verməkdən imtina edə bilər.
Rusiyanın idman naziri Vitali Mutko belə bir addımın atıla biləcəyini istisna etmir. O bildirib ki, DÇ-2018-i qəbul etdikdən sonra qitə çempionatının da onlara verilməsi inandırıcı deyil. Şansların az olması isə imtina ilə nəticələnə bilər.
Qeyd edək ki, AFFA qitə çempionatı ilə bağlı Bakının namizədliyini irəli sürüb.

0
0