Yığmamızın oyununda “qondarma respublika” bayrağı qaldırıldı
07.09.2013 - 23:24
Yığmamızın oyununda “qondarma respublika” bayrağı qaldırıldı
Millimizin hazırda İsraillə oyunu zamanı qondarma “Dağlıq Qarabağ Respublika”sının bayrağı qaldırılıb. Apasport.az saytının İsrailə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, meydan sahibləri hesabı bərabərləşdirən zaman azarkeşlərdən biri həmin bayrağı qaldırılıb. Ancaq dərhal da bayraq yığışdırılıb.

Qeyd edək ki, “Pyast” – “Qarabağ” oyunu zamanı da azarkeşlər Polşada eyni addımı atmış və bu səbəbdən UEFA tərəfindən cəzalandırılmışdı.

Səbuhi TOFİQOĞLU
Ramat-Qan, İsrail