Rahid Əmirquliyevin günü
08.09.2013 - 00:50
DÇ-2014-ün seçmə mərhələsinin İsraillə səfər oyunu Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın kapitanı Ramat-Qanda baş tutan qarşılaşmada hesabı açmaqla yığmada ilk qolunu vurub.
Milli komandadakı qol hesabını 31-ci oyununda açan yarımmüdafiəçi 2007-ci ildə debüt etdiyi komandada keçirdiyi əvvəlki 30 görüşdə fərqlənməmişdi. Bununla da Rahid millinin 21 illik və 199 matçlıq tarixində qol sevinci yaşayan 48-ci futbolçu oldu.
Bu siyahıya isə 14 qolla Qurban Qurbanov başçılıq edir. Əmirquliyev seçmə mərhələlərdə keçirdiyi 15-ci, yubiley matçında qol sevinci yaşadı. O, seçmə mərhələlərdə qol vuran 23-cü futbolçu kimi tarixə düşdü.
Yığmamızın bu “23”lüyünə də Qurbanov başçılıq edir – 5 qol. Əmirquliyev dünya çempionatlarının seçmə mərhələlərində 7-ci matçında qol vurdu. Yarımmüdafiəçi mundiallarda fərqlənən 13-cü oyunçumuzdur. Burada isə Ruslan Abışov, Vaqif Cavadov və Elvin Məmmədov hərəyə 2 qolla bombardirlik edir.

0
0