Millimiz hokkey hesabı ilə uduzdu
08.09.2013 - 21:49
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyun keçirilib. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığması qrupda ikinci matçına çıxıb.
İlk görüşündə Bakıda Makedoniya ilə qolsuz bərabərliyə qalan komandamız ilk səfər qarşılaşmasını İsraildə keçirib. Netanya şəhərinin eyniadlı stadionundakı matç ərəfəsində millinin qarşısına qələbə qazanmaq tapşırığı qoyulsa da, Bernard Lippertin yetirmələri qarşılaşmadan başıaşağı ayrılıb.
Düzdür, ilk 5 dəqiqədə buraxılan 2 erkən qoldan sonra komandamızın özünə gəldiyi təsiri yaranıb. Belə ki, millimiz fərqi minimuma endirib və fasiləyədək bu hesabı qoruya da bilib.
Lakin 2-ci hissədə meydan sahibləri daha amansız olublar. Futbolçularımız yalnız 5-ci qoldan sonra növbəti dəfə rəqib qapısına yol tapıb. Lakin sonda daha 2 top buraxan millimizin seçmə mərhələdəki ilk məğlubiyyəti hokkey hesabı ilə olub – 2:7.
Avro-2015-in seçmə mərhələsi
VIII qrup
8 sentyabr
İSRAİL – AZƏRBAYCAN - 7:2
QOLLAR: Ahed Azam, 3, Munas Dabbur, 5 (pen); 51; Dor Mixa, 65; Ofir Mizraxi, 72; 84; Diya Sebia; 90 - Erat Tuğrul, 25; Abdulla Abatsiyev, 77
Baş hakim: Gerhard Qrobelnik (Avstriya)
Netanya. Netanya stadionu
İsrail: 1. Barak Levi, 2. Eliazer Dasa (k), 3. Amir Ben-Şimon, 4. Eduard Qotlib, 5. Ben Vahaba, 7. Ahed Azam, 8. Qadi Kinda, 10. Əmir Ağayev, 11. Munas Dabbur, 15. Dor Mixa, 16. Ofir Mizraxi
Ehtiyat heyət: 18. Ram Ştraus, 6. Omer Txalişer, 9. Gil İtsak, 14. Omer Atsili, 21. Tal Xila, 20. Diya Sebia, 22. Obayda Xatab
Baş məşqçi: Maykl Nis
Azərbaycan: 1. Andrey Popoviç, 3. Tərlan Quliyev, 4. Ürfan Abbasov, 5. Elvin Yunuszadə, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 10. Abdulla Abatsiyev, 11. Erat Tuğrul, 14. Amit Quluzadə, 16. Ruslan Tağızadə, 18. İltər Taşkın
Ehtiyat heyət: 12. Emil Balayev, 13. Bayram Budaqov, 15. Rəşad Eyyubov, 19. Mirhüseyn Seyidov, 6. Hacı Əhmədov, 20. Kamil Hüseynov, 23. Fatih Şanlı
Baş məşqçi: Bernhard Lippert

1 | İsrail | 1 | 1 | 0 | 0 | 7-2 | 3 |
2 | Portuqaliya | 1 | 1 | 0 | 0 | 5-1 | 3 |
3 | Makedoniya | 1 | 0 | 1 | 0 | 0-0 | 1 |
4 | Azərbaycan | 2 | 0 | 1 | 1 | 2-7 | 1 |
5 | Norveç | 1 | 0 | 0 | 1 | 1-5 | 0 |
0
0