Meydanda ən yaxşı, Avropada 5-ci
08.09.2013 - 10:32
Meydanda ən yaxşı, Avropada 5-ci
Qadın voleybolçular arasında Avropa çempionatının II turunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan – Belarus oyununun 2 ən məhsuldar oyunçusu millimizin üzvləri olub.

Komandamızın lideri Natalya Məmmədova 26 xalla matçIn qəhrəmanı olub. O, ötən turun Xorvatiya ilə qarşılaşmasında 9 xal qazanmasını bu dəfəki göstəricisi ilə unutdurub. Polina Rəhimova isə 18 xalla matçın 2-cisi olub.

Qeyd edək ki, Natalya Avropa çempionatında bütün mərhələlər hesablanmaqla 134 xal qazanıb və qitədə 5-cidir.