Millimiz Rusiyada 5 qol vurdu
08.09.2013 - 11:56
Millimiz Rusiyada 5 qol vurdu
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Kuban” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 5:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Samir Məsimov və Ruslan Nəsirli dubl edib. 1 dəfə isə Namiq Ələskərov fərqlənib.

Mənbə: affa.az